25 
Apr
2022
11:12
212
7
1290
Virtual karabakh

Leykozdan əziyyət çəkən yeddi yaşlı Ayanın yardımınıza ehtiyacı var - FOTO

25 Apr, 2022
11:12
1290

Leykozdan əziyyət çəkən yeddi yaşlı Ayanın yardımınıza ehtiyacı var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeddi yaşlı Ayan İmamverdiyeva leykozdan əziyyət çəkir və sümük iliyi transplantasiyasına ehtiyacı var.

Bu barədə onun anası Ruhəngiz İmamverdiyeva məlumat verib.

O bildirib ki, Ayana 2019-cu ildə bir dəfə sümük iliyi köçürülüb:

“Övladım beş ildir ki, bu xəstəlikdən əziyyət çəkir. Hazırda vəziyyəti ağırdır. Ona sümük iliyi nəql edilsə də, xəstəlik bir il sonra yenidən baş qaldırdı. Qızım Türkiyədə müalicə olunmalıdır. Oradakı həkimlər qeyd edirlər ki, bunun üçün təxminən 100 min manat pula ehtiyac var. İllərdir bu xəstəliklə mübarizə apardığımız üçün artıq maddi olaraq tükənmişik. İmkanlı şəxslərdən xahiş edirik, bizə kömək etsinlər”.

Əlaqə nömrəsi (Ayanın atası Orxan İmamverdiyev): 055 928 84 89

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri