25 
Apr
2022
15:24
39
192
3768
Virtual karabakh

Metro çıxışında telekanal işçilərinə niyə hücum edildi? - AÇIQLAMA + VİDEO

25 Apr, 2022
15:24
3768

Metro çıxışında telekanal işçilərinə niyə hücum edildi? - AÇIQLAMA + VİDEO

Bakıda çəkiliş aparan “ATV” kanalının əməkdaşlarına hücum edilib. 

Sözügedən video “20 Yanvar” metro stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayaraq müzakirələrə səbəb olub. 

Baku.ws həmin görüntülərlə bağlı rəsmi açıqlama almaq üçün “Azad Azərbaycan” Teleradio Şirkətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli ilə əlaqə saxlayıb.

O bildirib ki, baş verən hadisə ilə bağlı artıq hüquq-mühafizə orqanlarına xəbər verilib:

“Bizim əməkdaşlar “20 Yanvar” metro stansiyası yaxınlığındakı ərazidə olan satıcıların satışdan sonra yaratdığı anti-sanitar vəziyyətlə bağlı çəkiliş aparıblar. Həmin vaxt bəzi satıcılarla bizim əməkdaşlar arasında insident yaşanıb. Biz o məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına xəbər vermişik. Onlar məsələ ilə bağlı araşdırmalara başlayıblar”.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri