26 
Apr
2022
12:32
22
260
3025
Virtual karabakh

“8 Noyabr” stansiyasında lift qalmaqalı: “Əvvəlcədən zəng və SMS-lə sifariş verilməlidir” - YENİLƏNİB + FOTO

26 Apr, 2022
12:32
3025

“8 Noyabr” stansiyasında lift qalmaqalı: “Əvvəlcədən zəng və SMS-lə sifariş verilməlidir” - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“8 Noyabr” stansiyasında liftlər işlək vəziyyətdədir”.

Bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov “8 Noyabr” stansiyasında liftlərin işləmədiyinə dair yayılan məlumatlara münasibət bildirərkən deyib. 

O bildirilib ki, hər üç stansiyada yerin üst səviyyəsində olan liftlərdə metropolitenin təhlükəsizliyi baxımından onların istifadə qaydası digər liftlərdən fərqləndirilib. 

“Liftlərin fəaliyyətində heç bir problem yoxdur. Bu, təhlükəsizlik baxımından bu formada tənzimlənir. Yerin üst səviyyəsində olduğundan sifarişlə istifadə edilə bilir. Belə ki, 2019-ci ilin mart ayından “Əlçatan metro layihəsi” üzrə zəng, SMS və mobil əlavə vasitəsilə əvvəlcədən sifariş verə bilirlər. Stansiyaya gəliş saatı dəqiqləşdirildikdən sonra sifariş əsasında liftlə enməyə ehtiyac olan sərnişinlər üçün şərait yaradılır. Stansiya daxilində isə liftlərin fəaliyyəti adi qaydadadır, heç bir problem yoxdur”.

12:14

Bakı Metropoliteninin keçən il istifadəyə verilən stansiyasında lift işləmir.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Vətəndaş iddia edir ki, dünən metronun “8 Noyabr” stansiyasının yanından keçərkən maraq üçün lifti yoxlayıb və məlum olub ki, lift bağlıdır. 

Stansiyanın Silahlı Qüvvələrin Baş Klinik Hospitalına tərəf olan çıxışında liftin işləməməsi təəccüb doğurub.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri