26 
Apr
2022
22:08
103
227
4464
Virtual karabakh

Toylarda “pul yazdırmaq” elektron ola bilərmi? – “Əsas məsələ pulu toy sahibinə çatdırmaqdır”

26 Apr, 2022
22:08
4464

Toylarda “pul yazdırmaq” elektron ola bilərmi? – “Əsas məsələ pulu toy sahibinə çatdırmaqdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Toy adət-ənənələrimizdən biri və əslində insanları ən çox maraqlandıran qismi “pul yazdırmaq” adətidir. İnsanlar qarşılıqlı olaraq bir-birilərinin xeyir işində iştirak edir və bununla da toy sahibinə müəyyən maddi dəstək göstərmiş olurlar. Son günlər sosial şəbəkələrdə toylarda birbaşa iştirak etmədən də toy sahibinə rahat şəkildə ödənişin edilməsinin elektron qaydada mümkünlüyü barədə fikirlər səsləndirilir.

Sosioloq Əhməd Qəşəmoğlu Pravda.az-a ölkədə belə bir sistemin mümkün tətbiqi ilə bağlı fikirlərini bildirib.

“Bu cür elektron sistemin yaradılmasını normal qarşılayıram. Mən sosioloq olaraq bu məsələlərə kifayət qədər uzun zamandır, fikir verirəm. Baxmayaraq ki, pandemiya zamanı say məhdudiyyətli olsa belə, toylara icazə verilirdi, ancaq bir çox insan toy etmədi bu dövrdə. Toy sahibi deyirdi ki, çox toya getmişəm, pul xərcləmişəm və buna görə də istəyirəm ki, həmin insanlar gəlsin, pulumu bu şəkildə qaytarsın, yəni onların mənə borcu var. Belə bir sistemə keçmək həm də rahatlıqdır, əgər hər hansı yaxın qohumun toyu deyilsə, sənin orada iştirakın məcburi deyil. Yəni sən ora getdin, ya getmədin elə bir önəmi yoxdur, çünki sən bilirsən ki, əsas məsələ pulu toy sahibinə çatdırmaqdır. Bəzən olur ki, bir gün ərzində səni 2-3 toya dəvət edirlər. Bir toydan digərinə məsafə baxımından getmək mümkün deyil və bu zaman da elektron sistemlə çox rahat şəkildə ödəniş etmək olar. Yaxuda da sən fərqli rayonda yaşaya bilərsən, oradan da Bakıya gələ bilmədiyin zaman beləcə ödəniş edə bilərsən”.

Ə.Qəşəmoğlu, həmçinin bildirib ki, əgər təkrar pandemiya və yaxud da digər xəstəliklərin yayılması halı müşahidə edilərsə və toylarda iştirak yenidən sayla məhdudlaşarsa artıq heç bir toy sahibi toydan az pul yığacağından qorxmayacaq: “Belə bir vəziyyət təkrarlanarsa, toy sahibi əlli adamını yığıb toy edəcək, ancaq zəng edib digər insanları da məlumatlandıracaq. Qonaqları toya dəvət etdikdə isə onların artıq hansı şəkildə iştirakı haqqında məlumatlandırmaq lazım olacaq. Bu toy sahibinin özü üçün də xeyir verəcək və maddi baxımdan daha əlverişli vəziyyət olacaq. O, artıq şəxsən gəlib toyda iştirak etməyən insanlar üçün əlavə xərcə düşüb masa açmayacaq. Ona görə də ilk baxışdan bu sistem insana xoş təsir bağışlamasa da, bugünün reallığıdır. Yəni bunu gizlətməyə ehtiyac yoxdur ki, indi insanlar toylarda maddi tərəfə daha çox önəm verir, digər şeylər isə ikinci planda qalır. Bu səbəbdən gələcəkdə belə bir sistemdən istifadəni əlverişli hesab edirəm”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri