27 
Apr
2022
22:41
180
16
985
Virtual karabakh

Azərbaycan-Macarıstan münasibətlərinin ildönümü münasibətilə tədbir keçirilib - FOTO

27 Apr, 2022
22:41
985

Azərbaycan-Macarıstan münasibətlərinin ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

27 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə AR XİN-in rəhbər heyəti, Macarıstanın Azərbaycan Respublikasındakı səfiri, habelə səfirliyin əməkdaşları iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov 30 il ərzində Azərbaycan Respublikası və Macarıstan arasında əlaqələrin dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini bildirib. Nazir müavini Xələf Xələfov, Macarıstanın hələ keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, hazırda post-münaqişə dövründə isə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində iştirak etdiyini məmnunluqla qeyd edib. X. Xələfov, həmçinin ölkələrimiz arasında həm ikitərəfli, həm çoxtərəfli səviyyədə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edib.

Daha sonra çıxış edən Macarıstanın Azərbaycan Respublikasındakı səfiri Viktor Szederkenyi 30 il ərzində Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin inkişafında əldə olunan nailiyyətlərlə qürur duyulmalı olduğunu bildirib. Səfir Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığı məmnunluqla qeyd edib və iki ölkə arasında mövcud müqavilə-hüquq bazası, habelə hər iki ölkənin rəhbərliyi səviyyəsində təmasların bunu şərtləndirdiyini vurğulayıb. Viktor Szederkenyi həmçinin, iki ölkə arasında diplomatik münasibətlərin qurulması münasibətilə öz səmimi təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri