28 
Apr
2022
16:48
12
234
1638
yuxarı
Gəncədə 50 yaşlı qadın intihar etdi
28 Apr, 2022
16:48
1638
12
234
Gəncədə 50 yaşlı qadın intihar etdi
Gəncədə intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “AQTA 6” adlanan yaşayış massivində qeydə alınıb.
Sözügedən ərazidə yaşayan 1972-ci il təvəllüdlü A.Məhərrəmova yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə verilib.
Məlumata görə, 50 yaşlı qadın əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
17 
May
2022
00:59
Vəfat etdiyi deyilən tanınmış jurnalist İradə Cəlillə bağlı MƏLUMAT - YENİLƏNİB
7
134
2659
16 
May
2022
20:00
İlham Əliyevdən II Yelizavetaya dəyərli hədiyyə - Xəbərlərin 20:00 buraxılışı
50
91
722