30 
Apr
2022
10:36
37
822
15705
Virtual karabakh

Azərbaycanda daha bir yeniyetməni döyüb, görüntülərini “TikTok”da paylaşdılar - YENİLƏNİB + VİDEO

30 Apr, 2022
10:36
15705

Azərbaycanda daha bir yeniyetməni döyüb, görüntülərini “TikTok”da paylaşdılar - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə yeniyetmə oğlanın döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, sosial şəbəkədə yayılan video ilə bağlı araşdırmalara başlanılıb.

09:18

Son dövrlərdə sosial platformalar içərisində ən çox istifadə edilənlər sırasında ilk pillələrə yüksələn “TikTok” sosial şəbəkəsidir. Təəssüf doğuran məsələ isə ondan ibarətdir ki, Azərbaycanda əksər istifadəçilər bu şəbəkədən düzgün istifadə etmədiyi üçün bir sıra ciddi problemlərlə üzləşirlər.

Elə onlardan biri də gənclərin sosial şəbəkə üzərindən bir-birini təhqir etməsi, ictimaiyyətə yönələn alçaldıcı və təhqiramiz ifadələrdir. Hətta artıq son üç gün ərzində “TikTok”da yeniyetmə oğlanların bir-birini alçaldaraq videoya çəkməsi ilə bağlı hüquq-mühafizə orqanları da hərəkətə keçib.

Ötən gün “TikTok”da eyni məzmunlu daha bir video paylaşılıb.

Videoda bir neçə yeniyetmə həmyaşıdları olan oğlanın qolunu arxadan bağlayaraq, təhqir etdikləri görünür. Oğlanın üz-gözündən, paltarlarından döyüldüyü aydın görünür.

Mobil telefonla çəkilən görüntülər sosial şəbəkəyə yüklənib və sürətlə yayılıb.

Hadisənin hansı ərazidə baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, sözügedən video daha sonra paylaşım sahibi tərəfindən silinib.

Həmin görüntünü təqdim edirik:

Xatırladaq ki, bir neçə gün öncə də analoji hadisə yaşanmışdı. Belə ki, bir qrup yeniyetmə həmyaşıdlarına qarşı zor tətbiq etmələrini lentə alaraq sosial şəbəkələrdə yaymışdı.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri