29 
Apr
2022
14:44
17
239
2753
Virtual karabakh

Şeyxin qudası partiya sədrini məhkəməyə verdi: “Torpağımı zəbt edib”

29 Apr, 2022
14:44
2753

Şeyxin qudası partiya sədrini məhkəməyə verdi: “Torpağımı zəbt edib”

Ötən gün Sabunçu Rayon Məhkəməsində sabiq deputat Qalib Salahzadənin Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluya qarşı məhkəmə iddiasına baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Q.Salahzadə Sabunçu rayonu, Zuğulba şosesi 1, 2, 3, 9 nömrəli ünvanda olan evlərinin Ağasif Şakiroğlu tərəfindən zəbt edildiyini bildirib. O, məhkəmədən həmin evlərdə yaşamaq hüququnun təmin edilməsini tələb edib. Bildirilib ki, bir hektardan çox ərazisi olan həmin ünvanda ümumilikdə səkkiz ev var. Q.Salahzadə ilə yanaşı, Həmidağa Camalov, Əminağa Camalov və Lətifə Əliyeva da həmin evlərdə qeydiyyatdadırlar və onlar da məhkəmə qarşısında iddia qaldırıblar.

Məhkəmədə hakim Tahirə Əsədova həmin əraziyə baxış keçirildiyini və orada iki evin olduğunu deyib. Növbəti məhkəmə iclası mayın 17-nə təyin edilib.

Q.Salahzadə qeyd edib ki, ünvanda qeydiyyatdan keçmiş torpaq sahəsi və fərdi yaşayış evlərinin olmasını Əmlak Məsələsi üzrə Dövlət Xidməti də təsdiqləyib.

Qeyd edək ki, Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır. O, iki dəfə Milli Məclisə deputat seçilib. Həmçinin uzun müddət Sabunçu rayonu Bilgəh qəsəbəsinin bələdiyyə sədri olub. Hazırda Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə Milli Məclisin deputatıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri