30 
Apr
2022
11:17
12
65
1237
Virtual karabakh

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

30 Apr, 2022
11:17
1237

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

Aprelin 30-u saat 10:30-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb, səhər saatlarında Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Göygöldə 25 mm, Sarıbaşda (Qax) 13 mm, Zaqatalada 12 mm, Balakən, Oğuzda 8 mm, Daşkəsəndə 7 mm, Gədəbəydə 5 mm, Kişçay (Şəki), Şahbuzda 4 mm, Qrız, Lerik, Culfada 3 mm, Qəbələ, Şəki, Gəncə, Mingəçevir, Qusarda 2 mm, Naxçıvan, Şərur, Ordubad, Ağdərə, Naftalan, Şəmkir, Tovuz, Xaltan, Tərtər, Bərdə, Yevlax, İmişli, Yardımlı, Lənkəranda 1 mm-dək olub.

Dünən saat 13:25 radələrində Gədəbəy rayonu ərazisinə, saat 13:35 radələrində isə Maarif və Daşbulaq kəndlərinə (Gədəbəy) yağışla birlikdə xırda dənəli dolu düşüb.

Aprelin 29-u gün ərzində şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu aprelin 29-da Bakıda iqlim normasından 7 yüksək olub, Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvan MR-da 21-28, dağlıq rayonlarda 12-18, aran rayonlarında 27-32 dərəcə isti olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri