May
2022
11:51
299
20
2999
Virtual karabakh

Qaydaları pozan Vətən müharibəsi qazisi məsuliyyətə cəlb olundu - FOTO

4 May, 2022
11:51
2999

Qaydaları pozan Vətən müharibəsi qazisi məsuliyyətə cəlb olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

“Saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də analoji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub. Bundan başqa, onların arasında Vətən müharibəsi qazilərinin olması isə təəssüf doğuran haldır”, - polisdən bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri