May
2022
18:24
34
185
4438
Virtual karabakh

Şuşa turları ilə bağlı narazılığa agentlikdən REAKSİYA

5 May, 2022
18:24
4438

Şuşa turları ilə bağlı narazılığa agentlikdən REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan vətəndaşlarının Qarabağa səfərlərinin təşkilinə başlanıldı. Bu məqsədlə Şuşa və Ağdama avtobus reysləri açıldı. Tezliklə işğaldan azad edilmiş digər ərazilərə də bu cür səfərlərin həyata keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Şuşa və Ağdama səfər üçün bilet satışını həyata keçirmək məqsədilə “yolumuzqarabaga.az” saytı yaradılıb. Gediş və dönüş biletləri bir yerdə alınır. Bakıdan Şuşaya gediş-dönüş biletinin qiyməti 20 manat 80 qəpik, Əhmədbəyli-Şuşa-Əhmədli reysi üzrə isə 14 manatdır. Avtobuslarda yerlərin sayı məhdud olduğundan biletlərin satışı qısa zamanda yekunlaşır.

Lakin sosial şəbəkələr və bəzi mətbuat orqanlarında yayılan xəbərlərə əsasən, sistemdə biletlər bitsə də, tur şirkətləri tərəfindən Şuşaya bir günlük tur paketlər təklif olunur. Müxtəlif şüarlar altında Şuşaya səfər təklif edən tur şirkətlərinin bir günlük qiymətləri 55-60 manat arasında dəyişir. Standart paket üçün qiymətlər 60, ekonom paket üçün isə 55 manat təşkil edir.

Turizm şirkətlərinin özbaşınalığı vətəndaşlar arasında narazılıq doğurur. Bildirilir ki, 20 manatlıq biletin 60 manata təklif olunması qanunsuzluqdur və bunun qarşısı dərhal alınmalıdır.

Modern.az mövzu ilə bağlı Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva turizm şirkətlərinin fəaliyyətinə nəzarət mexanizminin olmadığını bildirib:

“Məlum olduğu kimi, hazırda Azərbaycanda turizm şirkətləri lisenziya olmadan fəaliyyət göstərir. Turizm fəaliyyəti ilə məşğul olmaq üçün sadəcə müvafiq vergi orqanlarına müraciət edərək fiziki və hüquqi şəxs kimi VÖEN əldə etmək lazımdır. Bu səbəbdən onların fəaliyyətinə nəzarət mexanizmi yoxdur”.

G. Mustafayevanın sözlərinə görə, bazar iqtisadiyyatı dövründə şirkətlər qiymətləri özləri tənzimləyir:

“Ümumiyyətlə, “yolumuzqarabağa” saytından söhbət gedirsə, biletlərin onlayn formada satışı və səfərlərin təşkili Dövlət Turizm Agentliyinin səlahiyyətində deyil”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri