May
2022
14:12
70
63
1145
Virtual karabakh

Nazirlik tərəfindən nə qədər narkotik məhv edilib?

6 May, 2022
14:12
1145

Nazirlik tərəfindən nə qədər narkotik məhv edilib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan məhkəmələrinin qərarları ilə məhv edilən narkotik vasitələrin çəkisi açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ümumilikdə 1 430 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilən 973 kiloqram 7 qram heroin, 1 ton 112 kiloqram 241 qram marixuana, 287 kiloqram 357 qram tiryək, 30 kiloqram 274 qram həşiş, 446 qram kokain, 64,753 qram və 35 647 ədəd həb metadon, 215 kiloqram 254 qram və 6 966 ədəd həb və 38 kapsul psixotrop maddə, 238,724 qram, 4 182 kapsul, 189 konvalyut, 49 914 həb, narkotik vasitələr, psixotrop maddələr, o cümlədən 28 697 ədəd çətənə bitkisinin aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

Qeyd edək ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə mayın 5-də Binəqədi rayonunun Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunan 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri