May
2022
11:45
19
241
5513
Virtual karabakh

İş yoldaşını bıçaqlayıb, xəstəxanaya aparan şəxs saxlanıldı - YENİLƏNİB

7 May, 2022
11:45
5513

İş yoldaşını bıçaqlayıb, xəstəxanaya aparan şəxs saxlanıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda 27 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb. 

Bu barədə Lənkəran Rayon Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, mayın 6-da Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü Sakit İbrahimzadənin bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Hüseyn Nəzərli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sakit İbrahimzadənin sol bud nahiyəsinə bıçaqla xəsarət yetirib, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hüseyn Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

09:06

Lənkəranda 27 yaşlı gənc qətlə yetirilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Hüseyn Nəzərli mübahisə zəminində 1995-ci il təvəllüdlü Zakir İbrahimzadəni ayağından bıçaqlayıb. 22 yaşlı gənc Zakiri bıçaqladıqdan sonra onu özü xəstəxanaya aparıb, daha sonra könüllü olaraq polisə təslim olub.

Xəstəxanaya yerləşdirilən Zakir İbrahimzadənin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Zakirlə Hüseyn avtomobillərin ehtiyat hissələri satışı mağazasında birgə çalışıblar.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri