10 
May
2022
13:42
18
111
1571
Virtual karabakh

Xidmət rəisi ölkədəki qanunsuz miqrantlardan DANIŞDI - VİDEO

10 May, 2022
13:42
1571

Xidmət rəisi ölkədəki qanunsuz miqrantlardan DANIŞDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkədə olma müddəti (vizasız gəlibsə) 90 gündən artıq olan şəxslər, iş icazəsi olmadan çalışanlar, qeydiyyatsız yaşayan şəxslər də qanunsuz miqrantlar siyahısına daxildirlər. Ümumi olaraq qanunsuz miqrantların sayı faiz nisbəti ilə çox aşağıdır”.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib.

V.Hüseynov bildirib ki, ölkədə olan əcnəbilərin sayı 142 min, qanunsuz miqrant kateqoriyasına daxil olan şəxslərin sayı isə təxminən üç-dörd min arasında dəyişir:

“Bu rəqəm stabil deyil, dəyişkəndir. Aşkar olunan, sistem üzrə axtarışda olan şəxslərin sayı buraya daxildir. Dövlət Miqrasiya Xidmətinin saxlanma mərkəzlərində çox məhdud sayda qanunsuz miqrantlar var. Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər dönəmində saxlanılma mərkəzlərinə yerləşdirilənlərin sayı da az olub.

Miqrasiya Xidmətinin saxlanılma mərkəzlərində olan qanunsuz miqrantların sayı 10 nəfərdən də azdır. Bu şəxslər qısa müddətdə inzibati qaydada ölkədən kənara çıxarılma prosesi həyata keçirilənədək orada saxlanılırlar. Bəziləri könüllü şəkildə müraciət edərək sosial vəziyyətləri ilə bağlı mərkəzlərdə saxlanılmalarını xahiş edir və qısa müddət ərzində orada saxlanılırlar”.

“Qanunsuz miqrantlar arasında üstünlük təşkil edənlər adətən qonşu dövlətlərdən olan şəxslərdir. Cənub-Şərqi Asiya ölkələrindən Azərbaycana səfər edən şəxslər də var. Hazırda ölkəyə gələn Ukrayna vətəndaşlarının sayı artdığından qanunsuz miqrantlarla bağlı statistikada müəyyən artım var. Amma onlar tam olaraq qanunsuz miqrant hesab edilmirlər, çünki mövcud vəziyyətlə əlaqədar öz ölkələrinə qayıda bilmirlər. Ukrayna vətəndaşları 90 gün müddətinə Azərbaycanda vizasız qaydada yaşaya bilərlər. 24 fevraldan hesablasaq, onların may ayına kimi ölkəmizdə olması leqaldır. Həmin müddətdən keçən dövr üçün isə o şəxslərin ölkədə qalmasının leqal olması üçün müvafiq tədbirlər görülür.

Ümumiyyətlə, ölkəmizdə miqrantlar 15 gün müddətində olduqları yer üzrə  qeydiyyatdan keçməlidirlər. Bu şəxslər üzrə hər-hansı inzibati məsuliyyət tədbirləri tətbiq edilmir, amma statistika olaraq nəzarət var”, - deyə V.Hüseynov qeyd edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri