11 
May
2022
14:18
30
164
4231
Virtual karabakh

Tovuzda keçmiş məhkəmə sədrini güllələyən biznesmenin CƏZASI ARTIRILDI

11 May, 2022
14:18
4231

Tovuzda keçmiş məhkəmə sədrini güllələyən biznesmenin CƏZASI ARTIRILDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuzda keçmiş məhkəmə sədri Firudin Ələkbərovu qətlə yetirən iş adamı Əli Şəmiyevin cəzası ağırlaşdırılıb.

APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı Gəncə Apellyasiya Məhkəməsi qərar çıxarıb.

Əli Şəmiyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Daha sonra Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya şikayət verib.

Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasda prokuror bildirib ki, məhkumun əməlində ağırlaşdırıcı hallar olduğuna görə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyinetmə) maddəsinin tətbiqi mümkün deyil. Qeyd olunub ki, buna baxmayaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsi Əli Şəmiyevin 10 il 6 ay azadlıqdan məhrum edilməsi ilə bağlı hökm elan edib. Gəncə Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Ali Məhkəmə dövlət ittihamçısının şikayətinin əsaslı olduğu qənaətinə gələrək Əli Şəmiyev barəsindəki qərarın tamamilə ləğv olunduğunu elan edib.

Cinayət işi yenidən araşdırılması üçün Apellyasiya Məhkəməsinə qaytarılıb.

Gəncə Apellyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən iclasda Əli Şəmiyevin cəzası bir il artırılıb. Yekun qərarla məhkum Əli Şəmiyev 11 il 6 ay azadlıqdan məhrum olunub.

Xatırladaq ki, hadisə 2019-cu ildə Tovuz rayonunun Yanıqlı kəndində baş verib. Tovuz şəhərində müstəqil hüquq müdafiə fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərov kənd ərazisindəki “Su səsi” istirahət kompleksinin faktiki sahibi olan Əli Şəmiyevi şantaj edib. Firudin Ələkbərov Əli Şəmiyevin qanunsuzluqlara yol verməsi barədə ayrı-ayrı dövlət orqanlarına etdiyi çoxsaylı əsassız şikayətlərini dayandırmaq müqabilində ondan 10 000 manat məbləğində pul tələb edib.

Aralarında yaranmış mübahisə nəticəsində Şəmiyev Ələkbərovun hüquq məsləhətxanasına gələrək qanunsuz olaraq üzərində gəzdirdiyi “Makarov” konstruksiyalı tapança ilə onu qətlə yetirib.

Firudin Ələkbərov Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sədri olub. O, 1995-ci ildə fəaliyyətində yol verdiyi kobud qanun pozuntusuna görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri