12 
May
2022
13:12
94
20
1207
Virtual karabakh

Baku TV əməkdaşı Ukraynada işğaldan azad olunan minalı ərazilərdə - VİDEO

12 May, 2022
13:12
1207

Baku TV əməkdaşı Ukraynada işğaldan azad olunan minalı ərazilərdə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanov Ukrayna-Belarus sərhədi istiqamətində olub.

Ukraynadakı son vəziyyət barədə məlumat verən müxbir qeyd edib ki, olduğu ərazi ay yarım müddətində işğalda qalıb. Hazırda ərazidə minalardan təmizlənməyən yerlər, həmçinin burada gedən döyüşlər zamanı öldürülən insanların cəsədləri var.

“Minalar xüsusilə mülki əhalinin getdiyi yerlərdə, kəndlərin girişində, həmçinin sakinlərin bir kənddən digərinə getdiyi ərazilərdə basdırılıb”, - deyə bildirilib.

Sözügedən ərazidə Ukrayna Ordusunun nəzdində yaradılan qeyri-ukraynalılardan ibarət yeni korpusun təlim mərkəzinin də yerləşdirildiyi qeyd edilib.

O da bildirilib ki, ötən gecə Ukraynada əsas gərginlik istiqaməti Sumı olub. Rusiya Silahlı Qüvvələri vilayətin kəndlərini növbəti dəfə ağır artilleriya atəşinə tutublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri