14 
May
2022
09:11
23
160
4334
Virtual karabakh

Deputat baş nazirin ƏDV ilə bağlı qərarını ŞƏRH ETDİ

14 May, 2022
09:11
4334

Deputat baş nazirin ƏDV ilə bağlı qərarını ŞƏRH ETDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qərar ölkəyə gətirilən KİV məhsullarının qiymətinə birbaşa təsir edəcək. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov məsələyə münasibət bildirib: 

"Kitab və kağızın idxalının ƏDV-dən azad edilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı ciddi hadisədir və bu addım birmənalı olaraq ölkə Prezidentinin iradəsi ilə reallaşdı. Bilirsiniz ki, pandemiyanın səbəb olduğu böhranın təsirləri hələ də davam edir. Rusiya-Ukrayna müharibəsi fonunda müşahidə olunan siyasi böhranın iqtisadi fəsadları da kifayət qədər güclüdür və təbii ki, bütün bunlar çoxsaylı məhsulların, o cümlədən, kağızın bahalaşmasına səbəb olmuşdu. Bu qiymət artımı qlobal xarakter daşıyır və tək bir dövlətin, o cümlədən, Azərbaycanın iradəsindən asılı məsələ deyil. Azərbaycanın bu qlobal prosesin təsirlərinin yumşaldılması üçün yalnız müvafiq hüquqi-iqtisadi addımlar atması mümkün idi ki, bildiyiniz kimi bir müddət öncə cənab İlham Əliyevin imzası ilə Milli Məclisə Vergi Məcəlləsində bu məhsulların idxalının ƏDV-dən azad olunması ilə bağlı dəyişikliyi nəzərdə tutan qanun layihəsi daxil oldu, Parlament qanunu təsdiqlədi və Nazirlər Kabineti də bugünkü müvafiq hüquqi aktla prosesi həyata keçirdi".

Deputat həmçinin qeyd edib ki, həmin məhsulların idxalının ƏDV-dən azad edilməsi ilə bağlı hökumətin qərarının təsirlərinə gəlincə, biz yalnız çap mediası və kitab nəşrinə fokuslanmamalıyıq.

"Bəli, çap mediası bu hüquqi aktdan sonra nəfəs alacaq, o cümlədən, nəşriyyatların işində əhəmiyyətli yaxşılaşma olacaq, o cümlədən kitab bazarında canlanma qaçılmazdır. Amma məsələ bununla bitmir və Qərarın əhatə dairəsi çox daha genişdir. Bu gün bütün sahələrdə kargüzarlıqda əsas yeri kağız daşıyıcılar tutur. Düzdür, elektron sistemə keçidə təşviq edilir, amma təəssüf ki, vətəndaşlar özləri hələ ki kağız əsaslı kargüzarlığa daha meyillidir. Məsələn, vətəndaş elektron şəkildə yox, kağız daşıyıcıda məhkəmə qərarını daha üstün tutur. Bu mənada Nazirlər Kabinetinin qərarı çox sahələrə o cümlədən, kargüzarlıq xərclərinə də birdən-birə xeyli qənaət etməyə imkan yaradacaq", - deyə o əlavə edib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri