14 
May
2022
14:24
127
36
1553
Virtual karabakh

Bakıda havanın temperaturu iqlim normasından aşağı olub - FAKTİKİ HAVA

14 May, 2022
14:24
1553

Bakıda havanın temperaturu iqlim normasından aşağı olub - FAKTİKİ HAVA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 14-ü saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib, lakin 13-ü günün birinci yarısında Lerikdə 5 mm, Culfada 2 mm, Naxçıvan, Şərur, Ordubadda 1 mm-dək yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Bakıda iqlim normasından 1 dərəcə aşağı olub.

Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, yağmursuz keçəcək. Lakin 16-sı gündüzdən 17-si səhərədək şimal-qərb küləyinin güclənəcəyi, 16-sı səhər saatlarında arabir yağış yağacağı gözlənilir.

Bölgələrdə də 15-i axşam qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 17-si gündüzədək arabir yağıntılı olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri