16 
May
2022
13:36
27
173
3115
Virtual karabakh

Bakı yollarındakı son vəziyyət: Haralarda tıxac var? - YENİLƏNİB + SİYAHI

16 May, 2022
13:36
3115

Bakı yollarındakı son vəziyyət: Haralarda tıxac var? - YENİLƏNİB + SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt ərazisində hazırda sıxlıq olan yolların siyahısı açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Sıxlıq olan yolların siyahısını təqdim edirik:

1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - Əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.

2. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “"ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

3. 28 May küçəsinin, Azadlıq prospekti ilə kəsişməsindən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.

4. Tbilisi prospektində, hər iki istiqamətdə əsas və köməkçi yolda, “20 Yanvar” dairəsindən başlayaraq, Şəfayət Mehdiyev küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində və Hənifə Ələsgərov küçəsi ilə kəsişmədən, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

5. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur.

09:36

Paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Sıxlıq olan yolların siyahısını təqdim edirik:

1. Bakı - Sumqayıt şosesində - Xırdalan dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

2. Moskva prospektində, əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

3. Ziya Bünyadov prospektinin, Bakı Olimpiya stadionunun qarşısından başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

4. Alı Mustafayev küçəsində - əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

5. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən, Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq müşahidə olunur.

6. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur.

7. Böyükşor şosesində, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

8. Heydər Əliyev prospekti – əsas yol və köməkçi yolda, Koroğlu metro stansiyasının qarşısında, şəhər istiqamətində sıxlıq müşahidə olunur.

10. Yusif Səfərov küçəsində Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur. Səbəb isə yol-nəqliyyat hadisəsidir.

11. 28 May küçəsinin, Azadlıq prospekti ilə kəsişməsindən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.

12. Həsən bəy Zərdabi prospektinin, “20 Yanvar” dairəsinə düşən hissəsində və Qələbə dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri