16 
May
2022
16:47
24
163
4733
Virtual karabakh

Azərbaycanda iş adamına 25 minlik ziyan dəydi: Hadisə qəsdən törədilib? - YENİLƏNİB + FOTO

16 May, 2022
16:47
4733

Azərbaycanda iş adamına 25 minlik ziyan dəydi: Hadisə qəsdən törədilib? - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Goranboyda iş adamının fermasının qəsdən yandırılması iddialarına münasibət bildirib. 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları gələrək araşdırmalar həyata keçirir, müvafiq avto-ekspertiza təyin edilib. 

“Daha sonra Goranboy rayon sakini Rasim Süleymanov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fermanın qəsdən yandırıldığını və bu barədə bir neçə nəfərdən şübhələndiyini bildirib. Polis Şöbəsində hazırda araşdırmalar davam etdirilir, şübhəli şəxslər dindirilib, ekspertiza rəyi  və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə E.Qasımov qeyd edib.

14:12

Goranboyda ferma yanıb.

Bizim.Media-nın məlumatına görə, hadisə rayonun Boluslu kəndində baş verib.

Sahibkar Rasim Süleymanova məxsus ferma yanaraq kül olub.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın söndürülüb. Yanğının ərazidəki digər tikililərə və sahələrə keçməsinin qarşısı alınıb.

Heyvanlar yaylaqda olmadığından tələfat olmayıb.

Ferma sahibi olan iş adamının iddiasına görə, yanğın qəsdən törədilib. R.Süleymanov mal-qarasız belə, ona 20-25 min manata yaxın ziyan dəydiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri