16 
May
2022
13:22
30
120
4405
Virtual karabakh

Külək güclənəcək: Sabahın HAVA PROQNOZU açıqlanıb

16 May, 2022
13:22
4405

Külək güclənəcək: Sabahın HAVA PROQNOZU açıqlanıb

Bakıda və Abşeron yarımadasında mayın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-15°, gündüz 20-23°, Bakıda gecə 13-15°, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14°, gündüz 18-23°, dağlarda gecə 1-6°, gündüz 6-10° isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri