16 
May
2022
14:03
148
7
1138
Virtual karabakh

Nazirlik ağac kəsilməsi ilə bağlı Baş Prokurorluğa müraciət etdi - RƏSMİ

16 May, 2022
14:03
1138

Nazirlik ağac kəsilməsi ilə bağlı Baş Prokurorluğa müraciət etdi - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən “Bahar” şadlıq sarayının həyətində ağac kəsilməsi faktı ilə bağlı aparılan araşdırma başa çatıb. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavad Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, araşdırma zamanı ağacın sözügedən ərazinin mülkiyyətçisi “Nemət-Ə” firmasının göstərişi ilə kəsildiyi müəyyən edilib:

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa gondərilməsi üçün hazırlanır”.

Xidmət rəsmisi mülkiyyətçilər tərəfindən yaşıllıqlara qarşı bu cür məsuliyyətsiz əməllər törədildiyini təəssüflə qeyd edib:

“Tikinti şirkətlərini belə addımlardan çəkinməyə, min bir əziyyətlə ərsəyə gələn ağaclara zərər verməməyə, əksinə yaşıllıqları qoruyaraq artırılmasına töhfə verməyə çağırırıq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri