16 
May
2022
18:38
19
568
8457
Virtual karabakh

Bakıda internatda ölən yeddi yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

16 May, 2022
18:38
8457

Bakıda internatda ölən yeddi yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Bakıda internat məktəbində yaşayan şagirdin ölümü ilə bağlı açıqlama verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu və Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixində həmin məktəbdə vəfat etməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub:

“Aparılmış ilkin araşdırma ilə müəyyən edilmişdir ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından “Təcili Tibbi Yardım” çağırılmış və ona tibbi yardım göstərilməsinə baxmayaraq, 16 may 2022-ci il tarixində saat 06:00 radələrində vəziyyəti qəflətən ağırlaşaraq vəfat edib.

Qeyd edək ki, S.Vəliyeva 2021-ci ilin oktyabr ayında kəskin respirator infeksiyası, neyrotoksikoz diaqnozu  ilə stasionar şəraitdə uzunmüddətli müalicə alıb. Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda araşdırma davam etdirilir.

16:24

Bakıda internat məktəbində ölüm hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ruhi-əsəb internatında qeydə alınıb.

7 yaşlı Vəliyeva Svetlana Vüqar qızı qəflətən dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri