16 
May
2022
21:10
14
253
2717
Virtual karabakh

AQTA-dan Göranboyda üç nəfərin zəhərlənməsi ilə bağlı AÇIQLAMA

16 May, 2022
21:10
2717

AQTA-dan Göranboyda üç nəfərin zəhərlənməsi ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboyda üç nəfərin çiyələkdən zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb

“Goranboyda üç nəfərin çiyələkdən zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən qida zəhərlənməsi faktı təsdiqini tapmayıb”.

Bu barədə AQTA-dan “Report”un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, xəstəxanaya müraciət edən şəxslərə həkim tərəfindən alimentar dispepsiya (düzgün qidalanmamaq nəticəsində yaranan mədə pozuntusu) diaqnozu qoyulub və həmin şəxslərin vəziyyəti qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar: “Bu fakt bir daha onu göstərir ki, hələ də bəzi saytlar heç bir ekspertiza rəyi və tibbi diaqnoz olmadan bu kimi əsassız xəbərləri yayır və insanlar arasında yersiz təşvişin yaranmasına şərait yaradırlar. AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri