17 
May
2022
10:27
11
91
2089
Virtual karabakh

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən iddiaya cavab: “İşdən çıxarmaq direktorun səlahiyyətindədir”

17 May, 2022
10:27
2089

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən iddiaya cavab: “İşdən çıxarmaq direktorun səlahiyyətindədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gündür sosial şəbəkələrdə Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini İsmət Yusifovanın orta təhsilli olmaması ilə bağlı xəbərlər reaksiyalara səbəb olur.

Həmin şəxs isə 01.09.2004-cü ildə bu vəzifəyə təyin olunub.

Məktəbin direktoru Almaz Həsrətova iddia edir ki, o, İsmət Yusifovanı vəzifəsindən azad etmək istəsə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bununla bağlı heç bir addım atmır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, işəgötürmə də, işdən azadetmə də direktorun səlahiyyətindədir:

“Bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüquqlarına aiddir. Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan işçilərlə bağlanmış əmək münasibətlərini tənzimləmək səlahiyyəti işəgötürən olaraq məktəb direktorunun səlahiyyətlərinə daxildir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri