17 
May
2022
20:15
116
82
11126
Virtual karabakh

DİN-dən “Rəisim” mahnısına REAKSİYA

17 May, 2022
20:15
11126

DİN-dən “Rəisim” mahnısına REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün gən müğənni Mujgan Ayxan tərəfindən ifa edilən “Rəisim” adlı mahnı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, mahnının sözləri sevgilisi olan rəislərə həsr olunub.

Mahnıya həm də klip çəkilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında istənilən müsbət  təbliğatın maarifləndirmədə faydalı olduğunu bildirib:

“Polisin fəaliyyəti insanlara görə yox, insanların əməllərinə görə dəyişir. Polis sıralarında olan hər bir əməkdaş xalqın övladıdır. Bu mənada görülən işlər, həyata keçirilən tədbirlər polisin fəaliyyətinin əsasını təşkil edir.

Ancaq hamı razı qala bilməz, çünki mübahisəlidir. Polisdən o insanlar razıdır ki, qanunlara ehtiramla yanaşır, ictimai münasibətlərə, hüquq qaydasına şərtsiz əməl edir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri