17 
May
2022
20:20
99
46
1708
Virtual karabakh

İmran Cərullazadə: “Lazer korreksiyası bədənin reproduktiv funksiyasına təsir göstərmir”

17 May, 2022
20:20
1708

İmran Cərullazadə: “Lazer korreksiyası bədənin reproduktiv funksiyasına təsir göstərmir”

Son zamanlar əvvəllər olmayan göz xəstəlikləri ortaya çıxıb.

Bunu Media.Az-a müsahibəsində tanınmış oftalmoloq-cərrah, Amerika Oftalmologiya Akademiyasının üzvü İmran Cərullazadə bildirib.

O, göz xəstəliklərinə xüsusilə azyaşlılarda daha tez-tez rast gəlindiyini deyib və bunu pandemiya zamanı uşaqların distant təhsilə keçmələrilə əlaqələndirib. Həkimin sözlərinə görə, məhz bu dövrdə eynək taxmağa başlayan yeniyetmələrin sayı 2-3 dəfə artıb.

Oftalmoloq, həmçinin lazer korreksiyası barədə də maraqlı məlumatalar açıqlayıb. “Lazer korreksiyası çox yaxşı ixtiradır. Elə hesab edin ki, eynəklər birbaşa gözlərinizə quraşdırılır. Bu, eynəkdən xilas olmaq üçün sürətli, ağrısız və ən əsası yüksək keyfiyyətli bir üsuldur. Təbii ki, burada məhdudiyyətlər də var. Göstəriciləriniz yüksəkdirsə, məsələn, mənfi və ya  müsbət 8-9, həmçinin yaşınız  40-50-dən yuxarıdırsa və buna əlavə olaraq buynuz qişanın incəlməsi müşahidə olunursa, görmə qabiliyyətini yaxşılaşdırmaq üçün digər eyni dərəcədə effektiv cərrahi üsullara müraciət etmək daha yaxşıdır. Məsələn, yaxşı olar ki, göz içi linzalar qoyulsun. Bu da tez başa gələn və ağrısız bir prosedurdur, bir az lazer korreksiyasına bənzəyir”, - deyə mütəxəssis qeyd edib.

İ.Cərullazadə lazer korreksiyasına dair populyar mifi də dağıdıb. O, bu üsulun bədənin reproduktiv funksiyasına təsir göstərmədiyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri