18 
May
2022
00:47
30
336
14870
Virtual karabakh

Bakıda baş vermiş güclü yanğının vurduğu ziyan barədə MƏLUMAT - YENİLƏNİB + VİDEO

18 May, 2022
00:47
14870

Bakıda baş vermiş güclü yanğının vurduğu ziyan barədə MƏLUMAT - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yanğın nəticəsində 7 nəfər xilas olunub, 1948-ci il təvəllüdlü Abdullayeva Yelen Amirovnanın meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. 

Qeyd edək ki, mənzillər arasındakı arakəsmələrin taxta konstruksiyalardan ibarət olması səbəbindən alovun geniş əraziyə yayılma riski yüksək olsa da yanğınsöndürmə qüvvələrinin gördüyü operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək binanın böyük hissəsi yanğından mühafizə olunub.

Belə ki, yanğın nəticəsində ilkin hesablamaya əsasən, 2 mənzil və ümumi istifadədə olan eyvan cəmi 75kv.m sahədə yanıb, digər mənzillər yanğından mühafizə olunub.

17 may, 23:43

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.

“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

"Report"un hadisə yerində olan müxbirinin əldə etdiyi məlumata görə, yanğın nəticəsində bir nəfər ölüb.

23:13

Məlumat verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Oxu.Az xəbər verir ki, Baku TV yanğının baş verdiyi ərazidən canlı yayıma qoşulub.

Məlumata görə, hazırda yanğın söndürülüb.

23:00

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki,  məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

22:51

Bakıda güclü yanğın hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, bu barədə sosial mediada videogörüntülər yayılıb. 

Bildirilib ki, yanğın Mərkəzi Parkda, köhnə "Sovetski" məhəlləsində qeydə alınıb. 

Həmin görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri