18 
May
2022
10:58
5
188
2450
Virtual karabakh

Bakıda çürümüş körpə meyitinin tapıldığı ərazidən REPORTAJ - VİDEO

18 May, 2022
10:58
2450

Bakıda çürümüş körpə meyitinin tapıldığı ərazidən REPORTAJ - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda tapılan çürümüş uşaq meyiti ilə bağlı orada yaşayan sakinlər danışıblar.

“Xəzər Xəbər”in məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 52 ünvanında qeydə alınıb.

Həyət evlərinin yerləşdiyi ərazidə yaxınlıqdan keçən insanlar azyaşlının cansız cəsədini görüblər.

Hadisə ilə bağlı dərhal rayon polisinə məlumat verilib. Araşdırma zamanı məlum olub ki, meyit azyaşlı oğlan uşağına məxsusdur.

Ərazidə yaşayan insanlar son vaxtlar ümumiyyətlə Bakıda və digər rayonlarda belə halların tez-tez baş verməsini anlaya bilmədiklərini deyirlər.

Faktla bağlı hazırda həm rayon polisi, həm də prokurorluğu araşdırma aparır. Uşağın meyitinin hansı şəraitdə ora atıldığı və hadisənin konkret detalları araşdırmadan sonra üzə çıxacaq.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri