18 
May
2022
10:35
146
14
793
Virtual karabakh

Cayden Sinqh: “Azərbaycan qadınların səsvermə hüququnu ABŞ-dan əvvəl tanıyıb”

18 May, 2022
10:35
793

Cayden Sinqh: “Azərbaycan qadınların səsvermə hüququnu ABŞ-dan əvvəl tanıyıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan və ABŞ təxminən eyni vaxtda, yəni Azərbaycan 1918-ci ildə, ABŞ isə 1920-ci ildə qadınların səsvermə hüququnu tanıyıb”.

Oxu.Az xəbər verir ki, bu fikirləri USAİD-in Azərbaycandakı missiya direktoru Cayden Sinqh Bakıda keçirilən “SHE 2022” konqresində çıxışı zamanı deyib.

C.Sinqh qeyd edib ki, hazırda da bir sıra ölkələrdə qadınlar bir sıra çağırışlarla üzləşirlər:

“Şimali Amerikada, Ruanda və Baltikyanı ölkələrdə qadınların bərabərliyinə üstünlük verilir. Bu gün qadınlar bir sıra çağırışlarla üzləşirlər, onlardan biri də eyni işə görə aşağı əmək haqqının alınması ilə bağlıdır.

Düşünürəm ki, qadınlara qoyulan investisiya iqtisadiyyata qoyulan investisiya kimi qiymətləndirilməlidir. Təbii ki, bu da iqtisadi inkişafa müsbət təsir etdi. 

Azərbaycan torpaqlarını işğaldan azad etdi və hazırda həmin ərazilərin bərpası üçün işlər aparılır. Düşünürəm ki, bu prosesdə də qadınların rolunu artırmaq lazımdır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri