18 
May
2022
10:43
69
10
510
Virtual karabakh

Səhiyyə Nazirliyinin nümayəndə heyəti Türkiyədə Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri ilə görüşüb - FOTO

18 May, 2022
10:43
510

Səhiyyə Nazirliyinin nümayəndə heyəti Türkiyədə Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri ilə görüşüb - FOTO

Səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri ilə görüş keçirilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qardaş ölkədə fəaliyyət göstərən həkimlərin fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, COVID-19 pandemiyasının ən kəskin zamanlarında və Vətən müharibəsi zamanı Türkiyədə çalışan həkimlərimizin bir qismi könüllü olaraq Azərbaycana qayıdaraq, müharibə iştirakçıları, yaralılar və virusa yoluxanların sağlamlıqlarının bərpası üçün əllərindən gələni əsirgəməyiblər.

Öz növbəsində səhiyyə naziri Teymur Musayev xarici ölkələrdə ixtisaslaşan məzunlarımıza Azərbaycan səhiyyə sistemi tərəfindən dəstək olunacağını, o cümlədən Vətəndə xidmət etmək istəyənlərə lazımi şərait yaradılacağını vurğulayıb.

Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Fərid Qasımzadə gənc həkimlərimiz üçün Türkiyədə yaradılan şərait haqqında məlumat verib.

Sonda səhiyyə naziri Teymur Musayev gənc həkimlərin ünvanladıqları sualları cavablandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri