18 
May
2022
19:53
19
188
2325
Virtual karabakh

Metropolitendən yaranmış sıxlıqla bağlı AÇIQLAMA: Gecikmə 20 yox, 3 dəqiqə olub - YENİLƏNİB + FOTO

18 May, 2022
19:53
2325

Metropolitendən yaranmış sıxlıqla bağlı AÇIQLAMA: Gecikmə 20 yox, 3 dəqiqə olub - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub. 

Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, maşinist qatara baxış keçirib, hər hansısa problem aşkarlanmayıb:

"Bununla belə sərnişinlərin hər hansısa narahatlıq keçirməməsi məqsədilə qatarın yolunu sərnişinsiz davam etdirməsi qərara alınıb. "Nizami" stansiyasında qatara təkrar baxış keçirilib. Lakin yenidən problem aşkarlanmasa da, onun müvəqqəti ehtiyat qatarla əvəzlənməsi qərara alınıb. Nəticədə, "Nizami-Dərnəgül" və əks istiqamətdə intervalda 3 dəqiqə fərq hiss olunub. Hadisənin vaqonlardan birinin qapısına müdaxilə ehtimalı ilə maşinistin qəfil tormozlaması nəticəsində baş verdiyi ehtimal olunur. Belə hallarda qatarın təkərlərinin qəliblərindən məhz spesifik tüstü təsirli qoxu hiss olunur. Dəqiq araşdırma aparılır"

19:37

Bakı metrosunda qatar depoya yola salınıb.

Oxu.Az xəbər verir ki, metronun "Nizami" stansiyasında 20 dəqiqədir ki, qatar yoxdur. 

Platformada qatar gözləyən sərnişinlər arasında sıxlıq yaranıb. "Dərnəgül" istiqamətinə gedən qatarın depoya göndərilməsinin səbəbi isə elan edilmədi.

Rövşən Əsədov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri