19 
May
2022
12:30
88
37
2340
Virtual karabakh

Həcc ziyarətinə gedən vətəndaşlarımızdan tələb olunacaq peyvəndlərin adı AÇIQLANIB

19 May, 2022
12:30
2340

Həcc ziyarətinə gedən vətəndaşlarımızdan tələb olunacaq peyvəndlərin adı AÇIQLANIB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Azərbaycandan həcc ziyarətinə gedən şəxslərdən koronavirus əleyhinə hansı peyvəndin tələb olunacağı açıqlanıb. 

Qafqaz Müsəlmanları İdarəsindən Oxu.Az-a bildirilib ki, ölkəmizdə COVID-19 əleyhinə istifadə olunan bütün peyvəndlər Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilir.

QMİ-yə daxil olan məktubda peyvəndlərin adları təqdim olunub.

Həmin sənədlərdə Azərbaycanda istifadə olunan “SinoVac”, “Pfizer/Biontech”, “Sputnik”, “AstraZeneca” peyvəndlərinin adları var. Peyvənd olunan 65 yaşa qədər insanlar həcc ziyarətinə gedə biləcəklər.

Belə ki, səfərə gedən zəvvarlar COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmalıdırlar və peyvənd sertifikatının bitmə vaxtı altı ay olmalıdır.

Məsələn, bir şəxs həcc ziyarətinə gedirsə, onun səfərə başladığı zamandan sonra COVID-19 pasportunun bitmə müddətinə dörd, beş ay qalacaqsa, o gedə bilməyəcək.  

Azərbaycana ayrılan kvota və qiymətlər yaxın günlərdə məlum olacaq. 

Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, hotel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri