19 
May
2022
19:32
29
116
8437
Virtual karabakh

POS-terminallarla bağlı qərara dəyişiklik EDİLDİ

19 May, 2022
19:32
8437

POS-terminallarla bağlı qərara dəyişiklik EDİLDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə” qərarlarda etdiyi dəyişikliyi şərh edib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, qərar ilə nağdsız ödənişlərin qəbulunda lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihazların da POS-terminal kimi istifadəsi üçün hüquqi əsas yaradılmış, POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib.

Müvafiq dəyişiklik ucuz ödəniş üsullarından hesab edilən “mPOS” texnologiyasının tətbiqini təmin etməklə nağdsız ödənişlərin genişləndirilməsini, rəqəmsal ödənişlərin qəbulu üzrə alternativ həllərin artmasını, pərakəndə ticarət dövriyyəsinin daha da şəffaflaşdırılmasını, bank və sahibkarların xərclərinin azaldılması təmin ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri