20 
May
2022
18:18
9
102
985
Virtual karabakh

Şirkət nümayəndəsi: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəy ala bilmirik”

20 May, 2022
18:18
985

Şirkət nümayəndəsi: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəy ala bilmirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İndiyə kimi dörd-beş ağaca görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəy ala bilmirik”. 

Oxu.Az-ın məlumatına görə, bunu sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi haqqında ictimaiyyətin məlumatlandırılması məqsədilə Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmə zamanı şirkətlərdən birinin nümayəndəsi bildirib. 

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi onlara yeni bina tikintisinə ağac kəsilməsi səbəbindən icazə verməyib: 

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağac kəsilməsi səbəbindən tikintiyə icazə verilməyən şirkətlərə paytaxtın digər ərazilərində bir neçə yüz ədəd ağac əkmək şərtilə tikintiyə icazə verilsin”. 

O qeyd edib ki, əgər hansısa bina tikintisi zamanı bir neçə ağac kəsilməsi zərurəti yaranırsa, onlara paytaxtın ehtiyac olan ərazilərində yüzlərlə ağac əkilməsi tapşırıla bilər:

“Şirkətlər buna hazırdırlar”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri