21 
May
2022
14:00
145
9
722
Virtual karabakh

Şərqi Gürcüstan müftisi: “Ağdamda ermənilər tərəfindən törədilən vəhşiliyin şahidi olduq”

21 May, 2022
14:00
722

Şərqi Gürcüstan müftisi: “Ağdamda ermənilər tərəfindən törədilən vəhşiliyin şahidi olduq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz işğaldan azad edilən Ağdam ərazisində ermənilər tərəfindən törədilən vəhşiliyin şahidi olduq”.

Bunu “Report”a açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Etibar Eminov Ağdama səfəri zaman deyib.

O qeyd edib ki, Ağdamda çox ürəkağrıdıcı bir mənzərəyə şahid olurlar:

“Deməyə söz tapa bilmirəm. Belə bir vəhşilik dinə və insanlığa sığmaz. Mən ilk görünüşdən belə söyləyə bilərəm ki, Azərbaycan torpaqları işğalda olduğu müddətdə ermənilər, onsuz da, bu yerlərin onlara aid olmadığını çox yaxşı dərk ediblər. Çünki burada yaşamaq niyyəti olan insan övladı belə bir vandallıq edə bilməz. Otuz il işğalda qalan ərazilərin azad edilməsi nə qədər sevindirici olsa da, bu gördüyümüz mənzərə də o qədər ürəkağrıdıcıdır”.

Qeyd edək ki, Gürcüstandan gələn azərbaycanlı din xadimləri hazırda Ağdamın işğaldan azad edilən ərazilərində səfərdədirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri