21 
May
2022
15:13
152
66
1168
Virtual karabakh

Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilib - YENİLƏNİB

21 May, 2022
15:13
1168

Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada keçirilən birgə iclası başa çatıb.

“Report”un xəbərinə görə, toplantıda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra komitələrin birgə iclasının gündəliyindəki məsələlər müzakirəyə təqdim olunub.

Bildirilib ki, bugünkü iclasın gündəliyinə iki məsələ daxil edilib.

Deputatlar gündəlikdəki məsələlər ətrafında öz çıxışlarını ediblər.

Bununla da komitələrin Şuşada keçirilən iclası başa çatıb.

13:44

Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclası keçirilir.

Oxu.Az-ın məlumatına əsasən, iclasın gündəliyinə iki məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi.

2. Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları.

Xatırladaq ki, Milli Məclis komitə iclaslarının Şuşada keçirilməsi üçün plan tərtib edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri