22 
May
2022
00:33
49
379
18095
Virtual karabakh

Azərbaycanda 1 manat 1000 manata satılır - VİDEO

22 May, 2022
00:33
18095

Azərbaycanda 1 manat 1000 manata satılır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elan saytlarının birində 1 manatlıq əskinas, 1000 manata satışa çıxarılıb.

Bu barədə Xəzər TV sujet hazırlayıb.

Əskinası satan Səbuhi Hüseynov bildirib ki, bu 1 manatı 1000 manata bərabər edən səbəb onun seriya nömrəsidir ki, bunun da kifayət qədər həvəskarları var.

1 manatlıq əskinasın, gündəlik xərclədiyimiz və ya gördüyümüz əskinaslardan heç bir fərqi yoxdur. Lakin bu əskinas 1000 manata təklif edilir.

Bakı sakini Səbuhi Hüseynov bildirib ki, ilk dövriyəyə buraxılan pul əskinaslarına kolleksiyaçılar xüsusi həssaslıqla yanaşır. Sözügedən manatı satmağına səbəb isə kolleksiyasına yeni əskinaslar qatmaqdır.

5 ildir bu işlə məşğul olan Səbuhi deyir ki, 7-ci seriyalı 1 manatlıq da ondadır. Hələlik onu satmağı düşünmür.

Səbuhi Hüseynovun kollekiyasında müxtəlif illərdə dövryəyə buraxılmış pullarla yanaşı xüsusi hazırlanmış əskinaslar, qəpiklər də yer alır. Qeyd edək ki, onun bu kolleksiyası arasında 1000 manata satışa çıxardığı 1 manatlıq əskinas hələ satılmasa da artıq zəng edib maraqlananlar var.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri