22 
May
2022
15:15
14
443
1238
yuxarı
Zaqatalada it üç yaşlı uşağa hücum edib, ağır xəsarət yetirib
22 May, 2022
15:15
1238
14
443
Zaqatalada it üç yaşlı uşağa hücum edib, ağır xəsarət yetirib
Zaqatalada it 3 yaşlı uşağa ağır xəsarət yetirib.
APA xəbər verir ki, bu gün səhər saat 09 radələrində rayonun Bəhmətli kənd sakini, 2019-cu il təvəllüdlü Adəm Cəlil oğlu Qurbanov sol göz nahiyəsinin və çənənin aşıq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı 3 yaşlı A.Qurbanova səhər saatlarında yaşadığı ünvanda ailəsinə məxsus itin qəfildən hücum edərək xəsarət yetirdiyi məlum olub. A.Qurbanova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb. Lakin uşağın müalicəsi üçün Bakı şəhərinə aparılaraq daha yüksək ixtisaslı həkimə müraciət etmələri məsləhət görülüb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
25 
Apr
2024
23:26
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
68
6
878
25 
Apr
2024
23:14
Cəlilabadda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
7
83
1036