23 
May
2022
18:26
47
284
5165
Virtual karabakh

Tovuzdan Bakıya verilişə gələndə itkin düşən yaşlı qadın TAPILDI - YENİLƏNİB + FOTO

23 May, 2022
18:26
5165

Tovuzdan Bakıya verilişə gələndə itkin düşən yaşlı qadın TAPILDI - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuzdan Bakıya verilişə gələndə itkin düşıən yaşlı qadın tapılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində Tovuz rayonu Hunanlar kənd sakini Firuzə Yusifovanın yeri Bakı şəhərində müəyyən edilib.

O, gün ərzində ailəsinə təhvil veriləcək.

10:00

Tovuzdan ARB telekanalına gələn şəxs itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, rayonun Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gəlib və bir daha geri qayıtmayıb.

“Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında görülən şəxsin əlamətləri belədir: Boyu 160 sm, saçları ağ rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli don və ağ rəngli köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və 070-213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, - məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri