23 
May
2022
15:15
212
32
2696
Virtual karabakh

Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ: Avtobus reyslərinin sayı artırılır

23 May, 2022
15:15
2696

Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ: Avtobus reyslərinin sayı artırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) Bakı-Şuşa-Bakı istiqamətində reyslərin sayının artırılmasını qərara alıb.

Qurumdan verilən məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.

Təhlillər nəticəsində Bakı-Şuşa-Bakı istiqamətində reyslərin sayının artırılması qərara alınıb.

İyun ayından etibarən sərnişinlər Şuşaya həftədə 5 dəfə səfər edə biləcəklər.

Qeyd edək ki, daha əvvəl Bakı-Şuşa-Bakı istiqamətində reys həftədə 4 dəfə olmaqla təşkil olunub. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri