24 
May
2022
13:54
138
7
3801
Virtual karabakh

İlk baxışdan insanı başqa aləmə aparan muzeydən FOTOREPORTAJ

24 May, 2022
13:54
3801

İlk baxışdan insanı başqa aləmə aparan muzeydən FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtda müxtəlif sahələrin tarixini özündə əks etdirən maraqlı muzeylər mövcuddur. Amma bu muzeyin varlığı məncə bir çoxlarını təəccübləndirəcək.

Çünki adı kimi özü də çox maraqlıdır. Söhbət paytaxtın mərkəzində, Dağüstü Parkın yaxınlığında yerləşən H.Zərdabi adına Təbiət Tarixi Muzeyindən gedir.

Lermontov küçəsi 3 ünvanında yerləşən bu muzeydə qorunan kolleksiya insanı tam başqa aləmə aparır.

Muzeyin tarixiliyini göstərən əsas eksponatlar əsasən paleontoloji və zooloji nümunələr bölməsidir. Digər bölmələr isə  Azərbaycan ərazisindən tapılan fossilləri və mineral daşları nümayiş etdirir. Muzeydə ölkədə mövcud olan heyvanların taksidermiya ilə qorunub saxlandığı bölmə də var. Məncə çox maraqlı olan məhz bu hissədir. 

Nümunələrin arasında həmçinin keyfiyyətlə hazırlanmış heyvan skeletlərini də qeyd etmək lazımdır.

Vaxtınızı daha əyləncəli keçirmək və məhsuldar gün üçün bu muzeyə üz tuta bilərsiniz. 

“Global Photo Stock”un əməkdaşının muzeydən hazırladığı reportajı təqdim edirik:

FOTO: Sabir Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri