24 
May
2022
11:31
19
84
867
Virtual karabakh

Peter Mixalko: “Buğda, bitki yağı, gübrə çatışmazlığı ilə bağlı problemlər yaşanır”

24 May, 2022
11:31
867

Peter Mixalko: “Buğda, bitki yağı, gübrə çatışmazlığı ilə bağlı problemlər yaşanır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“COVID pandemiyası göstərdi ki, xarici şoklara qarşı mübarizə dayanıqlı sistemlə mümkündür”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bu gün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə Avropa İttifaqının (Al) “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” tvinninq layihəsi çərçivəsində Bakıda ilk dəfə keçirilən Bitki Sağlamlığı Forumunda deyib.

Onun sözlərinə görə, ilin əvvəlindən buğda, bitki yağı, gübrə çatışmazlığı ilə bağlı problemlər yaşanılır:

“Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi Avropa İttifaqı üçün önəmlidir. Ticarət tərəfdaşları və partnyorlarımızla dayanıqlı sistemləri qurmaq niyyətindəyik. Azərbaycan bu cəhətdən gözəl nümunədir. Burada yaxşı kənd təsərrüfatı təcrübələrini tətbiq edirik”.

P.Mixalko Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa İttifaqına ixracının dəstəkləndiyini və gələcəkdə bu sayın artacağına ümid etdiyini deyib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri