24 
May
2022
16:24
242
34
25818
Virtual karabakh

Azərbaycanda koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

24 May, 2022
16:24
25818

Azərbaycanda koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda xəstəxanalara yerləşdirilən və cərrahi əməliyyat olunan pasiyentlərin pandemiya ilə əlaqədar COVID-19 testi verməsi tələbi ləğv olunub. Artıq dövlət xəstəxanaları ilə yanaşı, özəl tibb müəssisələrində də pasiyentlərdən COVID-19 testinin neqativ cavabı tələb edilmir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər.

Şöbə müdiri bildirib ki, tibb ocaqlarında test tələbi aradan qaldırılıb:

“Artıq COVID-19 testlərinin götürülməsi tibbi göstəriş əsasında icra olunur. Tibbi göstəriş dedikdə, xəstədə COVID-19 virusuna xas şübhəli əlamətlərin (qızdırma, şübhəli təmas, öskürək və s.) olması nəzərdə tutulur”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri