24 
May
2022
17:28
52
43
1737
Virtual karabakh

Avtomobil Yolları İnformasiya Sistemi yaradılıb - FOTO/VİDEO

24 May, 2022
17:28
1737

Avtomobil Yolları İnformasiya Sistemi yaradılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılıb. 

Oxu.Az xəbər verir ki, məqsəd Agentlikdə rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsidir. Altı aylıq sınaq müddəti ərzində Agentliyin Aparatının bütün işçiləri pandemiya qaydalarına əməl edilməklə proqram təminatından istifadəyə dair fərdi təlimlərə cəlb edilib. 

Agentlik daxilində bütün yazışma və kargüzarlıq fəaliyyəti yazılı, eləcə də elektron qaydada AYİS sistemindən istifadə edilməklə paralel şəkildə həyata keçirilib. Sınaq müddətində AYİS sistemində Agentliyin Aparatının işçiləri, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan MMC-də çalışan nomenklatur işçilər də nəzərə alınmaqla 553 ədəd şəxsi istifadəçi kabineti yaradılıb və bu günədək 15 mindən artıq sənəd Avtomobil Yolları İnformasiya Sistemində (AYİS) qeydiyyata alınıb. 

AAYDA-nın İnformasiya Texnologiyaları Şöbəsinin mütəxəssisi Rəşad Ələkbərov AYİS Sisteminin təqdimatı zamanı bildirib ki, AYİS proqram təminatında informasiya axınının gedişi işçi qaydada Agentliyin subordinasiya qaydaları rəhbər tutulmaqla aparılır. Yaxın gələcəkdə Agentliyin tabeliyində olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin də AYİS sisteminə inteqrasiyası nəzərdə tutulub. 

Hazırda bu istiqamətdə zəruri texniki işlərin icrası yerinə yetirilir. Ümumilikdə, dörd tipdə sənəd qeydiyyatı – daxil olan sənəd, xaric olan sənəd, daxili yazışmalar, əmr, sərəncam və qərarlar vahid platformadan istifadə edilməklə həyata keçirilir. Bildirək ki, cari ildə AYİS proqram təminatından istifadə edilməklə 3701 xaric olan sənəd qeydiyyata alınıb ki, bunun da 714 ədədi vətəndaşların müraciətləri ilə bağlı olub. 

“Kargüzarlıq”, “Hesabatlar”, “İnsan resursları” və “Vətəndaşların qəbulu” modullarının tətbiqini əhatə edən bu sistem müvafiq sənədlərin hazırlanmasında və yayılmasında effektivliyin artması, sənədlərin elektron resurslarda daim saxlanılmasına, icrasının operativ həyata keçirilməsinə, kadrların peşəkarlıq səviyyəsinin artırılmasına, vətəndaşların suallarının ən qısa zamanda cavablandırılmasına və bu prosesi daha şəffaf etməklə, müvafiq dövlət qurumları və vətəndaşlarla əlaqələrin möhkəmlənməsinə müsbət təsir edəcək.

Könül Cəfərli
FOTO: Sabiq Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri