25 
May
2022
14:00
17
126
2347
Virtual karabakh

Sakinlər narazıdır: Mərkəzi parkı su basır - REAKSİYA

25 May, 2022
14:00
2347

Sakinlər narazıdır: Mərkəzi parkı su basır - REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda su içində qalan parkda gəzmək mümkün deyil. 

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Paylaşımda qeyd edilib ki, paytaxtın Yasamal rayonu ərazisində yerləşən mərkəzi parkda işçilər tərəfindən səhlənkarlığa yol verilir. 

Parkda yaşıllıq və mərmərlər həddən artıq sulanır və bu istirahət üçün parka üz tutmaq istəyən şəxslərə narahatlıq yaradır. Hətta uşaqlar üçün təhlükəlidir çünki sürüşüb yıxılma təhlükəsi var. İddia edirlər ki, işçilər su şlanqlarını səhər saat 9-dan axşam saatlarına qədər nəzarətsiz qoyduqları üçün parkı su basır. Paylaşımda məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edilsə də, reaksiya verilmədiyi qeyd edilib. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-a verilən məlumata görə, mövsüm və havaların isti keçməsi ilə əlaqədar Mərkəzi parkda yeni əkilən ağacların, qazon örtüyünün və salınmış yaşıllıqların inkişafı və qorunması üçün onlar gün boyu dəfələrlə suvarılmalıdır:

“Parkın maili, mürəkkəb landşafta malik ərazidə yerləşməsinə görə burada suyun piyadalar üçün salınan səkilərə və cığırlara axması baş verib. Bununla əlaqədar Birliyin parka xidmət göstərən əməkdaşlarına bir daha müvafiq təlimatlar verilib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri