26 
May
2022
10:40
93
184
6706
Virtual karabakh

Bakıda qəzaya düşənlərin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB + FOTO

26 May, 2022
10:40
6706

Bakıda qəzaya düşənlərin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda qəzaya düşən polislərin son durumu açıqlanıb. 

Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınan avtomobil qəzası nəticəsində xəsarət almış dörd nəfər təcili tibbi yardım maşını ilə Mərkəzə gətirilib.

Onlardan iki nəfər döş qəfəsinin travması ilə, bir nəfər isə qarnının küt travması və bədəninin ümumi əzilməsi ilə cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəsarət alanlardan bir nəfərin başında və üzündə yüngül yaralar olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hazırda xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti stabil qiymətləndirilir.

09:12

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub.

Bu zaman Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi “Fiat” markalı avtomobil ona çırpılıb.

Qəza zamanı iki polis əməkdaşı və “Mercedes-Benz”in sürücüsü ağır bədən xəsarətləri alıblar.

Hadisə yerinə Yol Patrul Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri