27 
May
2022
16:06
159
53
3555
Virtual karabakh

Bakı-Quba-Rusiya magistral yolunun təmirindən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

27 May, 2022
16:06
3555

Bakı-Quba-Rusiya magistral yolunun təmirindən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış və dağılmış 66 kilometrlik hissəsinin (km 52+000 km 118+000) yararsız monolit-beton örtüyü dağıdılaraq ərazidən kənarlaşdırılır.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Sözügedən qazıntı işləri ərazidən asılı olaraq 2,5 metrə qədər dərinlikdə icra olunur. 

Torpaq işləri yekunlaşdıqdan sonra “İnşaat Norma və Qaydaları”na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.  

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissə üzrə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.

Qurum sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmalarını, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edib. 

Xatırladaq ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur. 

Hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri