28 
May
2022
12:48
10
288
1190
Virtual karabakh

İmişli rayonunda yerləşən Sabir parkı tullantı poliqonuna çevrilib - FOTO

28 May, 2022
12:48
1190

İmişli rayonunda yerləşən Sabir parkı tullantı poliqonuna çevrilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişli rayonunda yerləşən parkı baxımsızlıq ucbatından bərbad hala düşüb.

Oxu.Az-ın məlumatına görə, rayonun mərkəzində, Heydər Əliyev prospektində yerləşən və Mirzə Ələkbər Sabirin adını daşıyan park iaşə obyektlərinin zibil poliqonuna çevrilib.

Sakinlərin verdiyi məlumata görə, ərazinin yaxınlığında yerləşən çayxanalar gündəlik tullantılarını zibil qabları yerləşdirilmədiyi üçün parkın ərazisinə tökürlər.

Həmçinin sakinlər qeyd edir ki, park ərazisinin bir hissəsi 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev tərəfindən qanunsuz olaraq iaşə obyektlərinə satılıb.

Həmin görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri