31 
May
2022
11:48
149
10
1065
Virtual karabakh

Quba sakinindən yardım çağırışı: “Oğlumun reabilitasiyasına pul çatmır” - FOTO

31 May, 2022
11:48
1065

Quba sakinindən yardım çağırışı: “Oğlumun reabilitasiyasına pul çatmır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayon sakini Şüşən Eyvazova Media.Az-ın redaksiyasına müraciət edərək doğulduğu gündən serebral iflicdən əziyyət çəkən 16 yaşlı oğlu Cəsur üçün yardım istəyib. Yeniyetmə hər addımını ağrı ilə atır. Bundan başqa, o danışa da bilmir. Ana övladının yetkinlik yaşına çatdıqdan sonra az da olsa müstəqil olacağına, yerimə və danışma bacarığına yiyələnəcəyinə ümidini itirmir.

Həkimlər də bunu təsdiq edirlər, çünki əməliyyatlardan və reabilitasiyadan sonra irəliləyiş göz qabağındadır. Bunun üçün yalnız ən azı doqquz ay davamlı fiziki terapiya, loqoped və nevropatoloq yardımı tələb olunur. Bununla belə, ailənin maddi cəhətdən buna gücü çatmır.

Yeniyetməyə doğulduğu gündən serebral iflicdən əlavə, tetraparez diaqnozu da (nevroloji xəstəlik nəticəsində yaranan aşağı ətrafların motor disfunksiyası) qoyulub. Oğlan üç yaşından başlayaraq Bakıdakı uşaq reabilitasiya mərkəzlərində çoxsaylı fizioterapiya kursları keçib, həmçinin İran və Rusiyada müalicə olunub. Bakıda Tuladan olan həkimlər onun üzərində vətər uzatmaq üzrə iki cərrahi əməliyyat keçiriblər. Hazırda yeniyetməyə uzunmüddətli fizioterapiya göstərişi verilib.

“Uşağı müalicə etmək üçün üç il əvvəl Bakıda kirayə evə köçdük. Ancaq hazırda maddi imkanlarımız tükənib, reabilitasiya mərkəzində fizioterapiyanı davam etdirmək üçün ümumiyyətlə pul qalmayıb. Reabilitasiyanı yarıda qoyub evə qayıtmalı olduğumuzu düşünmək belə dəhşətlidir, axı həkimlər müsbət proqnozlar verirlər. Mən özüm də müalicədə irəliləyiş görürəm. Cəsur təkbaşına qaçış zolağında dayanıb, yeriyə bilir. Danışıq aparatının əzələləri güclənib, məsələn, artıq ağzında su saxlaya bilir. Doğrusu, loqopedlə bir dərs 20 manata başa gəlir; Orta hesabla bir reabilitasiya günü 40 manat edir. Xahiş edirəm, müalicəni başa çatdırmaqda bizə kömək edin. Bu uşaq o qədər dözüb ki, gəlin ona bir şans verək...” – deyə ana kömək diləyir.

Biz də redaksiya olaraq hər kəsi Cəsura laqeyd qalmamağa və bacardıqları qədər kömək etməyə çağırırıq.

Şüşən xanımla +994 55 765 72 40 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Bank hesabı uşağın xalasının adınadır.

 

Natalya Quliyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri